EN

Dəridə yaşayan bakteriyalar gözəlliyimizi necə qoruyur?

Dermatoloqlar uzun müddətdir ki, üz dərisinin gənc və sağlam qalması üçün möcüzəvi bir eliksirin olmadığını bildirirlər. Hətta ən yaxşı vasitələr belə tədricən təsir göstərir və digər qulluq qaydalarını əvəz edə bilmir.

E-saglam.az xəbər verir ki, evdə gündəlik dəriyə qulluq olduqca vacibdir, amma bu zaman həddindən artıq tədbirlər görmək dəriyə zərər vura bilər. Çox təmizləmə, güclü antiseptiklərdən istifadə və ya tez-tez skrab tətbiqi dərinin təbii qoruyucu baryerini poza bilər.

İnsan dərisində, eynilə bağırsaqda olduğu kimi, müxtəlif mikroorqanizmlər – bakteriyalar, viruslar, göbələklər və protozoalar yaşayır. Bu mikroorqanizmlərin cəmi mikrobiota adlanır və onların balansı dərinin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Onlar lipid təbəqəni qoruyur, dərinin turşuluq səviyyəsini tənzimləyir və xarici zərərli təsirlərə qarşı müdafiə edir.

Araşdırmalara görə, dəri mikrobiomunun müxtəlifliyi nə qədər çoxdursa, sistem bir o qədər davamlı olur. Dərinin mikrobiom tərkibinə isə qidalanma, gigiyena vərdişləri, dərman istifadəsi, hətta genetika da təsir göstərir.

Dermatoloq-kosmetoloq Yuliya Çernyavskaya belə xəbərdarlıq edir:

“Üz və bədənin həddindən artıq təmizlənməsi düzgün deyil. Antiseptiklər, spirtli salfetlər, sabun və skrablar bizim təbii qoruyucu mühitimizi də məhv edir”.

Xüsusilə Covid-19 pandemiyası dövründə antiseptiklərin çox istifadəsi dərinin faydalı mikroflorasına zərbə vurub və onun müdafiə qabiliyyətini zəiflədir.

Bəzən insanlar düşünürlər ki, dəridə faydalı bakteriyaları artırmaq üçün kefi̇ri üzə çəkmək olar. Amma bu yanlış yanaşmadır. Süd məhsullarının dəridə yaratdığı qısa müddətli yaxşı təsir onların tərkibindəki süd turşusu ilə bağlıdır. Uzun müddət tətbiq isə əksinə – quruluq, qıcıqlanma və dəri problemlərinə səbəb ola bilər. Çünki dəri mikrobiomu bağırsaq mikrobiomundan tamamilə fərqlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
12
e-saglam.az

1Sources