EN

Qiymət artımı bu avtobusları əhatə edəcək - Siyahı

Azərbaycanın sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, hazırkı tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil ediləcək. Dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni (180 marşrutdan 60-nı) əhatə edəcək.
Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada müxtəlif tarif formalarının tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.
Qeyd edək ki, yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri ilə Abşeron rayonu ərzisini də əhatə edib və bu il 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Gəncə şəhərində isə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Naxçıvan şəhərinə 60 elektrik mühərrikli avtobus gətiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub.
Bu mərhələdə tarifi artan marşrutların siyahısı:
Marşrut nömrəsiBaşlanğıc dayanacaq məntəqəsi (A)Son dayanacaq məntəqəsi (B)Yeni tarif (qəpik)
Bakı şəhəri üzrə:
1"28 May" m/st (A.Puşkin küç.)"Neftçilər" m/st (Q.Qarayev pr.)60
2Bakı Beynəlxalq Avtovağzal Kompleksi"Dərnəgül" m/st (Dərnəgül küç.)60
3"Dərnəgül" m/st (Dərnəgül küç.)Badamdar qəs.60
4Bakı Ağ şəhər yaş.sah.Montin yaş. mas. (İ.Hidayətzadə küç.)60
5"N.Nərimanov" m/st (Təbriz küç.)"20-ci Sahə" dairəsi60
6"Azadlıq pr." m/st (S.S.Axundov küç.)20-ci Sahə yaş.mas. (F.Ö.Nemanzadə küç.)60
10Bakı Ağ şəhər yaş.sah.Yasamal yaşayış kompleksi (MİDA)60
11Dəmiryol vağzalı (S.Rəhimov küç.)İbrahim Əbilov küç.60
13"Koroğlu" NMMBakı Beynəlxalq Avtovağzal Kompleksi60
14"28 May" m/st (A.Puşkin küç.)Bakı Beynəlxalq Avtovağzal Kompleksi60
1711 saylı məktəb (Z.Nudirəliyev küç.)Yeni Yasamal yaş.massivi, (M.Xiyabani küç., Park.)60
18Nizami bağı (Ə.Cavad küç.)9-cu mikrorayon (H.Babaşov küç)60
20Qaraçuxur qəsəbəsiTibb universiteti60
21"28 May" m/st (A.Puşkin küç.)"Əhmədli" m/st (M.Hadi küç.)60
2411 saylı məktəb (Z.Nudirəliyev küç.)Qaraçuxur qəs. (Neftçilər parkı)60
30Puşkin küç. (28 May m.st)C.Naxçıvanski küç.60
32"28 May" m/st (A.Puşkin küç.)Cəmşid Naxçıvanski küç.60
3328 Mall ticarət mərkəzi"Dərnəgül" m/st (Dərnəgül küç.)60
35Suraxanı rayonu (mərkəz)Ramiz Quliyev küçəsi60
38Tibb Universiteti (S.Vurğun küç. )Keşlə qəs. (M.Ə.Sabir küç)60
40Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.)Günəşli qəs. (İ.İsmayılov küç.)60
44Murtuza Muxtarov adına parkNeftçilər m/st60
46"28 May" m/st (A.Puşkin küç.)Günəşli qəs. (Əliağa Şıxlinski küç.)60
57Bakıxanov qəs. (Y.Əliyev küç.)C.Hacıəliyev küç. (zavod)60
61Azadlıq pr.9-cu mkr (M.Cəlal küç.)60
60"Koroğlu" NMMPolad Həşimov k.60
62Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.)N.Tusi küç.60
65Azneft dairəsi (Niyazi küç.)9-cu mkr (M.Cəlal küç.)60
72Köhnə Günəşli qəs.Sədərək t/m60
81Köhnə Günəşli qəs. (Əliağa Şıxlinski küç.)Qaraçuxur qəs. (Y.Eyvazov küç.)60
88"Dərnəgül" m/st (Dərnəgül küç.)"20-ci Sahə" dairəsi60
104"H.Aslanov" m/st (M.Hadi küç.)Yeni Suraxanı qəs. (Zeytunluq adlanan ərazi,14 İyul küç.)60
105Balaxanı qəs.C.Naxçıvanski küç.60
120Hövsan yaş.komp."28 May" m/st (A.Puşkin küç.)70
125"28 May" m/st (A.Puşkin küç.)Lökbatan qəs. (Nizami küç.)70
130"20 Yanvar" m/st (Moskva pr.)Lökbatan qəs.65
133Binəqədi qəs.(A.İsfəhani küç)"Gənclik" m/st (F.X.Xoyski küç.)60
139"Koroğlu" NMMSavalan yaş. mas. (28 №-li məktəb)65
140Şüvəlan qəs. (Dəniz Kənarı küçə)"Koroğlu" NMM70
147Məmmədli qəs."Azadlıq pr." m/st (S.S.Axundov küç.)60
149"Sahil" m/st (Z.Əliyeva küç.)Sahil qəs.80
150Bilgəh q."Koroğlu" NMM80
150E"Koroğlu" NMMSea Breeze yaşayış kompleksi90
163"Koroğlu" NMMRamana Yeni yaşayış kompleksi65
165Mehdiabad qəs., Qarant yaş.,kom.A.M.Şərifzadə küç.60
172"Koroğlu" NMMBilgəh qəs.65
189"Koroğlu" NMMNardaran qəs., Məscid (M.F.Axundov küç.)65
205"Nəsimi" m/stAbşeron ticarət mərkəzi60
21111 saylı məktəb (Z.Nudirəliyev küç.)Abşeron ticarət mərkəzi65
217Məmmədli kəndi"Koroğlu" NMM65
108A"Azadlıq pr." m/st (S.S.Axundov küç.)Fatmayı bağları65
120EHövsan qəs."28 May" m/st90
121EHövsan qəs. (Hövsan yaş,komp. MİDA)"Əhmədli" m/st (M.Hadi küç.)80
140EMərdəkan qəs."Koroğlu" NMM90
141E"Koroğlu" NMMXaşaxuna bağları70
7ABakı Beynəlxalq Avtovağzal KompleksiGəncə pr.60
7B"Koroğlu" NMMYasamal yaşayış kompleksi (MİDA)60
88AAzadlıq prospekti m/stBakı Ağ Şəhər60
E1Xalqlar Dostluğu m/stAbşeron ticarət mərkəzi80
M8"Gənclik" m/st (Ə.Ağaoğlu küç.)Maştağa qəs. (Abşeron küç,)65




Bakı-Sumqayıt və Bakı-Abşeron marşrutları üzrə:
157Bakı Beynəlxalq Avtovağzal KompleksiSulutəpə qəs.60
158Xocəsən qəsəbəsiMemar Əcəmi m.st.60
503Sumqayıt şəhəriBakı Beynəlxalq Avtovağzal Kompleksi80
50820 Yanvar m/stSaray qəs.65




Gəncə şəhəri üzrə:
1Gəncə Dəmiryol vağzalıYeni Gəncə (28 May pr.)60
2Heydər Əliyev pr.-Şah İsmayıl Xətai pr.-Dədə Qorqud küç.60
3Yeni Gəncə (28 May pr.)Cümhuriyyət pr.60
4İmamzadə türbəsiCümhuriyyət pr.60
5Yusif Məmmədəliyev küç.Vidadi Qocayev küç.60
6Şıxzamanlı qəs.Şıxzamanlı qəs.60
7Poçt qəs.Şəhidlər Xiyabanı (R20 Gəncə-Daşkəsən avt. yolu.)60
8Zaur İsmayılov küç.Dəmiryol deposu (Zaur İsmayılov küç.60
9Təbriz küç.Kəlbəcər qaçqın şəhərciyi60
10Poçt qəs.Poçt qəs.60
11Məhsəti qəs.(H.Verdiyev küç.)Kəlbəcər qaçqın şəhərciyi60
12Gəncə Dəmiryol vağzalı.1 nömrəli şəhər xəstəxanası60
13Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində)Gəncə Avtovağzalı (Yevlax istiqamətində)60
14Qızılqaya qəs. (Aydın Nəbiyev küç.)N.Nərimanov küç. (Parkın ətrafı)60
15Mərkəzi Klinika Gəncə XəstəxanasıGəncə Avtovağzalı (Yevlax istiqamətində)60
16Məhsəti qəs. (Ələkbər bəy Xasməmmədov küç.)Gəncə Avtovağzalı (Yevlax istiqamətində)60
17Mərkəzi Klinika Gəncə Xəstəxanasıİ.Kazımov küç. (Çəngəl-Bıçaq zavodu)60
18N.Nərimanov küç. (Parkın ətrafı)Cavadxan qəs. (Kərim bəy Mehmandarov küç.)60
19Vidadi Qocayev küç.Vidadi Qocayev küç. - Grand bazar60
20Ə.Xəqani küç. (Hərbi hissə)N.Nərimanov küç. (Parkın ətrafı)60
G1Göygöl şəhər Mərkəzi XəstəxanasıN.Nərimanov küç. (Parkın ətrafı)60
G2Göygöl AvtostansiyasıN.Nərimanov küç. (Parkın ətrafı)60
Digər şəhər və marşrutlarda bu mərhələdə qiymət dəyişikliyi tətbiq edilməyəcək.
Chosen
28
23
onn.az

10Sources