EN

Aİ rəsmisi: Moldova seçiciləri Avropaya “hə” dedi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Moldova parlament seçkilərinin nəticələrini şərh edib.

News365.az xəbər verir ki, O, “The Sun”a verdiyi açıqlamada bildirib ki, Moldova vətəndaşları azadlıqdan dönməyərək Avropa Birliyi ilə inteqrasiyaya səs veriblər:

“Rusiyanın dezinformasiya kampaniyalarına və səsləri ələ keçirməyə yönəlmiş cəhdlərinə baxmayaraq, azadlığa sadiq vətəndaşları dayandırmaq mümkün deyil. Biz Moldovanın Avropaya gedən yolunda yanındayıq”, – deyə Kallas vurğulayıb.

Sentyabrın 28-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası səsvermədə 50,2% nəticə əldə edib. Rusiyayönlü Vətənpərvərlər Bloku isə 24,2% səs toplayıb.

Nəticələr göstərir ki, Moldova vətəndaşları ölkənin Avropayönlü inkişaf yolunu dəstəkləyir və Aİ ilə daha sıx əlaqələrin tərəfdarıdır.

News365.az

Chosen
15
news365.az

1Sources