EN

"Dünən bir yerdə toyda idik, sən demə sonuncu dəfə imiş..."

"Dünən bir yerdə toyda idik, sən demə sonuncu dəfə imiş..."Müğənni Zamiq Hüseynov Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı instaqram hesabında paylaşım edib.

"Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:

"Dünən bir yerdə toyda idik... Qucaqlaş, öp, bağrına bas, rəqs et, sən demə, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülər üz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum".

Xatırladaq ki, bu gün Cabir İmanov vəfat edib. O, paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Chosen
19
13
sonxeber.az

10Sources