EN

Bu xəstəliklərdə antibiotik İSTİFADƏ ETMƏYİN - həkim XƏBƏRDARLIQ ETDİ

Payız fəsli ilə birlikdə respirator, yəni tənəffüs yolu xəstəliklərinin yayılma riski də artır. Havanın soyuması, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi və ani hava dəyişikliyi virusların çoxalmasına şərait yaradır.

BAKU.WS-ə açıqlamasında İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya üzrə mütəxəssis Dr. Vasif Əliyev bildirib ki, bu dövrdə xüsusilə qrip, koronavirus, rotavirus, rinavirus və digər infeksiyalar daha geniş yayılır:

"Bütün bu virusların ortaq simptomları var – temperatur, burun axıntısı, boğaz ağrısı, ishal, halsızlıq. Müalicə üsulları da əsasən oxşardır: bol maye qəbul etmək, istirahət etmək, hərarət salıcı dərmanlardan istifadə etmək, ev şəraitində izoliyasiyada qalmaq və lazım gələrsə maskadan istifadə etmək".

Həkim vurğulayıb ki, bu infeksiyaların müalicəsində antibiotiklər tətbiq olunmur:

"Yalnız xəstəlik ağırlaşdığı halda və həkim təyinatı ilə antibiotik qəbul edilə bilər. Tez-tez xəstələnən şəxslərə isə hər il oktyabr ayında mövsümi peyvənd olunmaları tövsiyə edilir. Bu, xəstəliyin qarşısını almaqda mühüm rol oynayır".

Şahanə Xankişiyeva

Chosen
18
1
far.az

2Sources