EN

Xəzər dənizində külək enerjisi layihələri üzrə işlər fərqli şirkətlərə təhkim edilib (ÖZƏL)

Bakı. Trend:

Xəzər dənizində külək enerjisi istehsalı ilə bağlımüəyyənləşdirilmiş 5 zona üzrə işlər davam etdirilir. Demək olarki, hər bir zona müxtəlif şirkətlərə təhkim edilib.

Bunu Trend-əAzərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlimFəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.

Nazir müavini müsahibəsində hazırda bərpa olunan enerjisektorunda ölkə üzrə icra edilən layihələr, bu istiqamətdəhədəflər, Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" istehsalı üzrəatılan addımlar, eləcə də bu kimi digər tədbirlərdən bəhs edib.

E. Soltanov əvvəlcə Xəzər dənizində külək enerjisi istehsalıüzrə görülən tədbirlərdən danışıb. O qeyd edib ki, hazırda Xəzərdənizində külək enerjisi üzrə 200 meqavatlıq pilot layihə haqqındadaha ciddi işlər görülməkdədir: "Dənizdə külək enerjisi istehsalıçox mürəkkəb prosesdir. Hazırda bu istiqamətdə investorlarladanışıqlar aparırıq. 12 meqavatlıq turbinlərin qurulması, onlarındaşınması ciddi logistik məsələlərdir. Amma Xəzər dənizindəmüəyyənləşdirilmiş 5 zona üzrə işlər davam etdirilir. Demək olarki, hər bir zona müxtəlif şirkətlərə təhkim edilib. Amma hər birzonanın müəyyən ölçüdə potensial sifarişçisi var".

E. Soltanov sözügedən zonalarda icra edilən pilot layihə üzrərəsmi tarif təklifi almadıqlarını vurğulayıb: "Amma tarif dədanışıqların tərkib hissəsidir. Spesifik olaraq dənizdə 200meqavatlıq layihə ilə bağlı daha konkret məsələlər bir neçə ayaictimaiyyətə açıqlanacaq".

Nazir müavini eyni zamanda vurğulayıb ki, Azərbaycanda indiyədəkiqlim istiqamətində görülən addımlar birbaşa olaraq dövlətintəşviqi ilə həyata keçirilir: "Mingəçevirdə istilik elektrikstansiyasının modernizasiyası nəticəsində hazırda 100 milyonkubmetrlərlə ölçülən qaza qənaət edilməkdədir. Orada şərti yanacaqistehsalı 330 qram ətrafında idi. Hazırda isə bu rəqəm 220 qramadəkenib. Bu çox ciddi göstəricidir. Onu da qeyd edim ki, Azərbaycanda2027-ci ilə qədər bərpa olunan enerji gücünün 2 gigavata (2000 MW)çatdırılması planlaşdırılır. Bu, kifayət qədər böyük rəqəmdir.Çünki Azərbaycanda enerji sisteminin ümumi qoyuluş gücü 9giqavatdır. Bunları üst-üstə qoyduqda təqribən 3 milyon tonkarbondioksidin (CO2) atmosferə atılmasının qarşısı alınacaq.Hazırda Azərbaycanın illik ortalama emissiyalarının 60 milyon tonekvivalenti həcmində qiymətləndirilir ki, bu da çox böyükrəqəmdir".

Nazir müvini bərpa olunan enerji sahəsində yeni layihələrəgəldikdə bunları bildirib: "Məlumdur ki, artıq 10 bərpa olunanenerji stansiyasının tikintisi prosesi başlayıb. Məsələn, SəudiyyəƏrəbistanının "ACWA Power" şirkəti tərəfindən həyata keçirilən vəümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək ElektrikStansiyasının (KES) tikintisi yekunlaşmaq üzrədir. Artıq orada əldəedilən enerjinin sistemə qoşulması prosesinə başlanılıb.

Bundan başqa, bp, Çin şirkətləri ilə birgə bərpa olunan enerjisektorunda layihələrimiz həyata keçirilir. Birləşmiş ƏrəbƏmirliklərinin “Masdar” şirkəti ilə birgə Neftçala və Biləsuvarda 1giqavatlıq günəş elektrik stansiyaları layihələr həyatakeçirilir".

E. Soltanov Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunanenerji sahəsində görülən tədbirlərlə bağlı isə bunları qeyd edib:"Qarabağ və Şərqi Zəngəzurda yeni tikilən su elektrikstansiyalarının (SES) ümumi gücü 300 meqavatın üzərindədir. Bustansiyalar sözügedən regiondakı elektrik enerji istehlakınıqarşılamağa yetərlidir. Hətta əlavə qalan enerji digər regionlarada ötürülür.

Qarabağ və Şərqi Zəngəzurda yaxın illərdə hidro qaynaqlardanalınan enerji 500 meqavatın üzərində olacaq.Çünki "Xudafərin" və"Qız Qalası" su elektrik stansiyaları (SES) növbəti üç il ərzindətikiləcək".

E. Soltanov həmçinin, bankların bərpa olunan enerji sahəsindəgötürdüyü öhdəliklərlə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinəgörə, Azərbaycandakı banklarla birgə iqlim dəyişikliyi və yaşıllayihələr üçün təqribən 2 milyard dollarlıq öhdəlik götürülüb:"Buraya həmçinin beynəlxalq maliyyə institutları vasitəsilə də cəlbedilən vəsaitlər daxildir. Çünki banklar öz vəsaitlərini həm daxilibazardan, həm də beynəlxalq maliyyə institutlarından cəlb edəbilirlər".

O, Azərbaycanda enerji səmərəliliyi layihələrinə dövləttərəfindən maliyyə dəstəyindən də bəhs edib: "Enerji EffektivliyiFondunun tələblərinin son versiyası üzərində iş gedir. Bu fondvasitəsilə biz artıq Azərbaycanda bir çox səmərəlilik layihələrinətəşviqlər verəcəyik. Yəni bazardan daha aşağı faizlərlə dəstəkveriləcək. Bu istiqamətdə yaxın zamanlarda aktivlik hissediləcək".

Chosen
13
1
az.trend.az

2Sources