EN

Cənubi Asiyada tarixi quraqlıq 600 milyon insanı təhdid edir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Cənubi Asiyada təxminən 600 milyon insan Qanq çayının kütləvi şəkildə quruması səbəbindən içməli suya çıxışını itirmək riski ilə üzləşib.

Bizimyol.info xəbər verir ki, Hindistanın Qandinaqar Texnologiya İnstitutu və Arizona Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, indiki quraqlıq son 1300 ilin ən şiddətli quraqlığıdır.

Alimlər arxivlərdən, təbii göstəricilərdən və kompüter modellərindən istifadə edərək 700-2012-ci illər üçün Qanq su məlumatlarını yeniləyiblər.

Təhlil göstərdi ki, suyun həcmində kəskin azalma 1990-cı illərdən başlayıb.

Böhranın əsas səbəbləri Himalay buzlaqlarının sürətlə əriməsi və yeraltı suların həddindən artıq çıxarılmasıdır. 1970-ci illərdən bəri Hindistanın şimalında sulu təbəqələrin səviyyəsi iki dəfədən çox azalıb.

Quraqlıq artıq özünü büruzə verir: quyular quruyur, fermerlər suvarmasız qalır, çayın bəzi hissələri qayıqlar üçün keçilməz hala gəlir.

Bu, milyonlarla insanın ərzaq təhlükəsizliyini, sağlamlığını və həyatını birbaşa təhdid edir.

Mütəxəssislər vurğulayırlar ki, böhran yalnız Hindistan, Banqladeş və Nepalın bəndləri və su ehtiyatlarını idarə etmək üçün birgə səyləri ilə aradan qaldırıla bilər.

Bununla belə, bu tədbirlər də iqlim dəyişikliyinin təsirlərini tam aradan qaldıra bilməz.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
bizimyol.info

1Sources