Açılış tədbirində iştirak edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib: “Salyanda yeni mağazamızın açılışını elan etməkdən məmnunuq. Bu mağaza bizi regiondakı müştərilərimizə daha da yaxınlaşdıracaq. Bu addım telekommunikasiya sahəsində ən sərfəli məhsulları yüksəkkeyfiyyətli xidmətlərlə təqdim etmək istədiyimizin daha bir sübutudur”.
Qeyd edək ki, “Nar” bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də yerli icmalarla birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. Bu dəfə də yerli əhali üçün açıq keçirilən tədbir zamanı “Nar” rəhbərliyi mağazaya gələn müştərilərlə söhbət apararaq onların istəklərini və gözləntilərini birbaşa özlərindən öyrəndi.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





10Sources
-
azia.az“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda! ( 21870130)
-
hurriyyet.az“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda! ( 21863485)
-
axar.az“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda! ( 21862171)
-
veteninfo.az“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda! ( 21859876)
-
apa.az“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda! ( 21858646)
-
demokrat.az“Nar” regional satış şəbəkəsini genişləndirir — yeni mağaza Salyanda! ( 21858517)
-
unikal.az“Nar” regional satış şəbəkəsini genişləndirir Yeni mağaza Salyanda! (FOTOLAR) ( 21857842)
-
modern.az“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda! ( 21858817)
-
unikal.az“Nar” regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda! (FOTOLAR) ( 21857722)
-
anews.az“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda! ( 21857851)