“Çox pis xəbər oldu, çox. Hələ də inana bilmirəm. Cavan adam idi”.
Bu sözləri Əməkdar artist Kübra Əliyeva həmkarı Cabir İmanovun vəfatından danışarkən deyib. O bildirib ki, Cabir İmanovun heç bir əlavə xəstəlikləri olmayıb:
“Amma onların nəsilində ürək xəstəliyi var. Dayısı da bu cür ölmüşdü. Vay onun anasına. Anası Vəfa xanım necə olacaq, necə dözəcək, bilmirəm. Birinci yoldaşından olan uşaqlar böyükdür. İkinci yoldaşından olan uşaqlar hələ körpədirlər. Sənət aləminin başı sağ olsun”.
Qeyd edək ki, Cabir İmanov bu gün idman zalında olarkən infarkt keçirib.