EN

® “HUAWEI Pura 80” və “Pura 80 pro” – hər günə dəyər qatan texnologiya

Mükəmməl dizayn və zərif ekran həlli

 

“HUAWEI Pura” 80 seriyası incə və modern dizaynı ilə diqqət çəkir. HUAWEI Pura 80 modeli 6.6 düymlük LTPO OLED ekranla təchiz olunub və 1.07 milyard rəng dəstəyi ilə şəkilləri daha parlaq göstərir. 2760 × 1256 piksel ekran icazəsi və 460 ppi sıxlıq göz oxşayan aydınlıq təmin edir. 120 Hz adaptiv yenilənmə tezliyi sayəsində oyunlar və videolar axıcı şəkildə işləyir. Digər tərəfdən, “HUAWEI Pura 80 Pro” daha geniş imkanlarla fərqlənir: ekranında Kunlun Glass 2-ci nəsil qoruyucu texnologiyası istifadə olunub ki, bu da gündəlik istifadədə əlavə davamlılıq yaradır. Hər iki modelin rəng palitrası müasir tələblərə cavab verir, dizayn isə həm işgüzar, həm də gündəlik üsluba uyğunlaşır.

 

Fotoqrafiyada yeni dövr

Kamera sahəsində “HUAWEI Pura 80” seriyası istifadəçilərə geniş seçim imkanı verir. “HUAWEI Pura 80” modeli 50 MP əsas kamera, 13 MP ultra-geniş obyektiv və 12 MP telefoto kamera ilə təchiz olunub. 5x optik və 50x rəqəmsal zumla uzaq məsafələr belə aydın görünür. Gecə çəkilişləri, portretlər və mənzərə fotoları üçün bu kombinasiya idealdır. HUAWEI Pura 80 Pro isə fotoqrafiyada daha da üst plana çıxır. Onun 1 düymlük sensoru daha çox işıq qəbul edir və zəif işıq şəraitində belə detallı nəticə verir. 48 MP makro telefoto obyektiv 5 santimetr məsafədən çəkiliş imkanı yaradır, bu da ən kiçik detalları belə ön plana çıxarır. HDR video və AI dəstəyi ilə hər an peşəkar görüntülərə çevrilir.

Enerji, sürət və intellektual təcrübə

“HUAWEI Pura 80” və “HUAWEI Pura 80 Pro” güclü batareyası ilə uzunmüddətli istifadə təklif edir. Hər iki modeldə 5170 mAh tutumlu akkumulyator mövcuddur. “HUAWEI Pura 80” 66W simli və 50W simsiz şarjı dəstəkləyir, bu da qısa müddətdə enerjini bərpa etməyə imkan verir. “HUAWEI Pura 80 Pro” isə 100W simli və 80W simsiz “SuperCharge” texnologiyası ilə daha üstün nəticə göstərir. Performans baxımından “HUAWEI Pura 80” Kirin 9010S, “HUAWEI Pura 80 Pro” isə Kirin 9020 prosessoru ilə təchiz olunub. 12 GB RAM və 256 GB yaddaş multitapşırıqlar üçün kifayətdir. EMUI 15 əməliyyat sistemi süni intellekt alqoritmləri ilə gündəlik istifadədə rahatlıq yaradır, HUAWEI ekosistemi isə cihazlar arasında sürətli inteqrasiyanı təmin edir.

Appgallery – Azərbaycanın mobil gələcəyi

“HUAWEI AppGallery” artıq, sadəcə, tətbiq mağazası deyil, mobil gələcəyini müəyyən edən platformadır. 2025-ci ildə də Google-un “Gmail”, “YouTube” və “Maps” tətbiqləri, həmçinin votsap və feysbuk birbaşa yüklənir. Lokal istifadəçilər üçün isə bank xidmətləri, taksi proqramları, şopinq tətbiqləri və əyləncə platformaları təqdim olunur. Sosial şəbəkələr və oyunlar gənclər arasında geniş istifadə olunur. Təhlükəsizlik sistemi çoxqatlı qoruma ilə şəxsi məlumatları müdafiə edir, Daxilində olan Hədiyyələr Mərkəzi isə əlavə imkanları ilə digər analoji marketlərdən üstünlüklə seçilir. “AppGallery” bütün HUAWEI cihazlarında sinxron işləyərək Azərbaycanda da mobil proqramların tam mərkəzinə çevrilməkdədir.

Üstəlik, “AppGallery”nin daim yenilənən kataloqu və Azərbaycan bazarına uyğun kampaniyaları istifadəçilərə daha zəngin təcrübə qazandırır. “Quick Apps” funksiyası sayəsində tətbiqlər quraşdırma olmadan dərhal işə düşür, bu isə sürət və rahatlıq yaradır. İstər iş, istərsə də əyləncə üçün “AppGallery” Azərbaycanın mobil rəqəmsal gələcəyində özü üçün etibarlı mövqeyə yol açmaqdadır.

Chosen
35
1
azertag.az

2Sources