Bakı. Trend.
Enerji Effektivliyi Fondunun tələblərinin son versiyası üzərindəiş gedir.
Bunu Trend-əAzərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlimFəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu Fond vasitəsilə artıq Azərbaycanda birçox səmərəlilik layihələrinə təşviqlər veriləcək:
"Yəni, bazardan daha aşağı faizlərlə dəstək veriləcək. Buistiqamətdə yaxın zamanlarda aktivlik hiss ediləcək".