EN

İran telekanalı qısa yubkaya görə naziri bu hala saldı: Ara qarışdı

İran televiziya kanalı BMT Baş Assambleyası çərçivəsində İranın xarici işlər naziri ilə görüşün görüntülərini nümayiş etdirərkən Finlandiya xarici işlər naziri Valtonenin ayaqlarını gizlədib.

Publika.az xəbər verir ki, bu, Finlandiyada böyük səs-küyə səbəb olub.

Valtonen BMT Baş Assambleyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. İranın dövlət televiziyası IRIB bu görüntüləri yayımlayıb. Finlandiya xarici işlər naziri ayaqlarını tam örtməyən standart iş yubkası geyindiyi üçün onun xarici görünüşü qismən qapadılıb.

Verilişin kadrlarından belə görünür ki, İran nümayəndə heyəti ilə görüşən bütün qadınlarla bağlı eyni şey edilib.

Sosial şəbəkələrdə yayılan etirazlardan sonra Elina Valtonen bunun İranda qadınların statusunun acınacaqlı bir nümunəsi olduğunu qeyd edib.

Valtonen "Helsingin Sanomat"a açıqlamasında "Mən kimlə görüşdüyümdən asılı olaraq paltarımı dəyişmirəm. Xüsusilə yanaşmam ondan ibarətdir ki, saçımı və ya üzümü örtməyimi tələb edən görüşlərə qatılmayacağam" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources