EN

Tramp ABŞ-də mebel istehsal etməyən ölkələri sanksiyalarla hədələyib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarda mebel istehsal etməyən ölkələrə qarşı əhəmiyyətli sanksiyalar tətbiq etmək planları olduğunu elan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Truth social" sosial şəbəkəsində yazıb.

"Çin və digər ölkələr səbəbindən mebel biznesini tamamilə itirmiş Şimali Karolinanın yenidən əzəmətli ölkəyə çevrilməsi üçün mən Birləşmiş Ştatlarda öz mebelini istehsal etməyən bütün ölkələrə əhəmiyyətli rüsumlar tətbiq edəcəyəm", - o qeyd edib.

Chosen
10
5
ikisahil.az

6Sources