EN

“Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik?” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi və ADA Universitetininİxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə ölkəmizdəsəfərdə olan Özbəkistanın bir sıra media nümayəndələri üçün “Media,miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəlişəkildə istifadə edə bilərik?” mövzusunda seminar təşkilolunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxışedən Media dəstək layihələri, strateji planlaşdırma və informasiyatexnologiyaları departamentinin direktoru Ləman İsgəndərovabildirib ki, seminar iştirakçılar üçün yeni perspektivlər qazanmaqvə beynəlxalq təcrübə ilə tanış olmaq baxımından əhəmiyyətliplatforma rolunu oynayır, bu kimi təşəbbüslər medianümayəndələrinin peşəkar bacarıqlarının inkişafına, süni intellekttexnologiyalarının səmərəli istifadəsinə dair praktiki biliklərinəldə edilməsinə şərait yaradır.

ADA Universitetinin İxtisasartırma proqramının korporativproqramlar üzrə meneceri Fatimə İsayeva isə qeyd edib ki, ADAUniversiteti peşəkar inkişafı dəstəkləyən və müasir yanaşmalarıntətbiqini təşviq edən bu kimi seminarların təşkilində maraqlıdır. Obildirib ki, belə layihələr iştirakçılara nəzəri biliklər vəpraktiki bacarıqlar qazandırmaqla yanaşı, qarşılıqlı təcrübəmübadiləsi üçün mühüm imkanlar yaradır.

ABŞ, Çin və müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalqkommunikasiya mütəxəssisi, təcrübəli media eksperti, təlimçi Dr.Tiffany J. Bell süni intellektin mediada istifadəsi ilə bağlımövcud yanaşmalardan danışaraq, bu texnologiyanın verdiyi imkanlar,qarşıya çıxardığı risklər və onun peşəkar jurnalistikada səmərəlitətbiqi barədə nümunələr təqdim edib.

Müzakirələr zamanı qeyd olunub ki, yeni texnologiyaların mediadatətbiqi yalnız innovativ imkanlar yaratmır, həm də etik məsuliyyəttələb edir. İştirakçılarla süni intellektdən istifadədə balansınqorunması, insan faktorunun vacibliyi və dezinformasiyanınqarşısının alınmasında texnologiyanın rolu barədə fikir mübadiləsiaparılıb.

“Media,
“Media,
“Media,
“Media,
“Media,
“Media,
Chosen
163
3
az.trend.az

4Sources