EN

Azərbaycanda idman zalında ölən məşhurlar

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək dünyasını dəyişib.

Qeyd edək ki, son illər idman zallarında tez-tez bu cür ölüm hadisələrinə rast gəlinir. Hətta bəzən peşəkar məşqçilər də məşq zamanı dünyasını dəyişirlər.

Publika.az Bakupost.az-a istinadla Azərbaycanda idman zallarında baş verən ölüm hadisələri ilə bağlı məlumatları təqdim edir:

2016-cı il, 3 fevral — “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becelin Bakıdakı ticarət mərkəzlərindən birində yerləşən idman zalında məşq edərkən vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi infarkt olaraq göstərilib.

2020-ci il, 5 yanvar — Bakıda 27 yaşlı fitnes müəllimi İnam Bayramov məşq zamanı qəfil yerə yıxılıb və ürəktutmadan həyatını itirib.

2021-ci il, 22 oktyabr — Səbail rayonu ərazisində yerləşən idman zalında 1991-ci il təvəllüdlü fitnes məşqçisi Teymur Məmmədrzayev vəfat edib. Zal sahibi Ceyhun Vəliyev bildirib ki, mərhum anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkib və ekspertiza rəyinə görə məşq zamanı epilepsiya tutması baş verib.

2023-cü il, 9 may — “Qarabağ” futbol klubunun oyunçusu Şirxan Həsənzadə məşq zamanı ürəyi dayanaraq vəfat edib.

2023-cü il, 10 mart — Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Vurğun Rezidens" idman zalında 1983-cü il təvəllüdlü Həsən Quliyevin məşq zamanı qəfil halı pisləşib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər Həsən Quliyev keçinib.

Mövzu ilə bağlı kardioloq-həkim Azər Mustafayev açıqlamasında idmanın ürəyə yüklənmə verdiyini və tarixən ağır atletika, fitneslə məşğul olan professional idmançıların çoxunun 50 yaşda ürək problemindən öldüyünü bildirib:

Chosen
9
7
publika.az

9Sources