EN

III MDB Oyunları: İki qızıl, bir gümüş medal (YENİLƏNİB)

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan samboçusu Nihad Rəhimov (64 kq) III MDB Oyunlarında qızıl medal qazanıb.

Qaynarinfo-nun məlumatına görə, idmançı finalda Rusiya təmsilçisi Artem Karisovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Rəhimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17.38

Azərbaycanın iki samboçusu III MDB Oyunlarında medal qazanıb.

Qaynarinfo xəbər verir ki, 53 kq çəki dərəcəsində yarışan Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.

O, finalda özbəkistanlı Qamzat Maksetbayevi məğlub edib. Bu, Azərbaycanın turnirdə ilk qızıl medalı olub.

Daha bir samboçumuz - Rüstəm Qasımzadə isə gümüş mükafatla kifayətlənib.

O, finalda Rusiya təmsilçisi İsmail Makhozhevə məğlub olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
qaynarinfo.az

1Sources