EN

Macarıstanda Ukrayna KİV-ləri qadağan edildi

Macarıstan bir sıra Ukrayna KİV-lərinin ölkə daxilində fəaliyyətini qadağan etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Budapeşt Ukraynanın bir sıra onlayn nəşrlərinə, o cümlədən ТСН, “Hromadske” “Ukrainskaya Pravda” və digər saytlara girişi məhdudlaşdırıb.

Macarıstan Baş nazirinin aparat rəhbəri Qergeli Qulyaş bildirib ki, bu, əvvəllər Macarıstanın “Origo” və “Demokrata” resurslarını rus təbliğatını və materiallarını yaydığına görə əngəlləyən Kiyevin hərəkətlərinə cavabdır.

Chosen
14
1
axar.az

2Sources