Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Vaşinqton, 29 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ-dan çəkilişi olmayan bütün filmlərə 100 faiz tarif tətbiq edəcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.
“Bizim film istehsalı biznesimiz digər ölkələr tərəfindən oğurlanıb. Kaliforniyanın zəif və səriştəsiz qubernatoru sektora xüsusilə ağır zərbə vurub. Buna görə də, uzun müddətdir, heç vaxt bitməyən problemi həll etmək üçün mən ABŞ-dan kənarda çəkilən bütün filmlərə tarif tətbiq edəcəyəm”, - deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.