EN

ABŞ kəşfiyyatından iddia: Çin işğala hazırlaşır

Avstraliya Yayım Korporasiyası ABŞ Kəşfiyyat Agentliyinin Müdafiə Nazirliyi (Pentaqon) üçün hazırladığı “Çinin bərə ticarət donanmasını genişləndirməsi” ilə bağlı məxfi hesabat əldə edib.

Publika.az xəbər verir ki, hesabatda sözügedən genişləndirmə Tayvana mümkün işğala hazırlıq kimi qiymətləndirilib.

Məlumata görə, bərələr yeni desant gəmiləri ilə təlimlərdə istifadə edilir. ABŞ kəşfiyyatı tərəfindən müəyyən edilmiş peyk görüntülərinə əsasən, bu təlimlər Çinin yeni desant gəmisi hazırladığını ortaya qoyub.

Desant gəmisinin ən kiçiyinin təqribən 110 metr, ən böyüyünün isə 185 metr uzunluğunda olduğunu müəyyən edən görüntülərdə gəminin yanında dayanan Çin bərələri göstərilib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi Çinin 2026-cı ilin sonuna qədər 76 böyük bərə inşa etməyi planlaşdırdığını iddia edib.

Qeyd edək ki, Çin bu cür bərələrdən ilk dəfə 2019-cu ildə 15 min tonluq "Bang Chui Dao" gəmisinin amfibiya enişi zamanı hərbi məqsədlər üçün istifadə edib.
Chosen
15
6
sherg.az

8Sources