Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kq) birinci yeri tutub.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakiyə qalib gəlib.
Qeyd edək ki, ilk olaraq samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.