EN

“Peşəfest”in növbəti ünvanı Ağdam olub - FOTOLAR

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təçkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “PeşəFest-2025” festivalı Ağdam rayonunda keçirilib.

"Unikal" xəbər verir ki, festivalda Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Yeni Azərbayacan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən kolleclərin tələbələri, orta məktəblərin şagirdləri, ictimaiyyət nümayəndələri və müxtəlif peşələrə marağı olan rayon sakinləri iştirak etmişlər. Festival iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. 

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim gənclərin inkişafına xüsusi diqqət göstərmələrindən bəhs edərək rayonun yeniyetmə və gənclərinin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimi etmələrində “PeşəFest”in rolunu yüksək qiymətləndirib. 

Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə etdiyini bildirib. 

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.

Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Chosen
67
50
unikal.az

10Sources