Əməkdar artist Cabir İmanov vəfat edib.
Leqal.info Qafqazinfo-ya istinadən xəbər verir ki, o bu gün infarkt keçirərək dünyasını dəyişib.
Xatırladaq ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.
14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Leqal.info