EN

Andrey Yermak: Ukrayna ABŞ ilə dərhal dörd saziş bağlamağı planlaşdırır

Kiyev Vaşinqtonla silah tədarükü, dron istehsalı, azad ticarət və təhlükəsizlik zəmanətləri haqqında dörd ikitərəfli sənəd imzalamağa ümid edir...

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak "Rada" telekanalının efirində çıxışı zamanı bildirib və Ukrayna nümayəndə heyətinin ABŞ-yə səfərinin anonsunu verib.
"Bizim üçün çox mühüm sənədləri razılaşdırmaq və imzalamaq vacibdir. Bunlar ilk növbədə, ABŞ silahlarının, dronlarımızın tədarükü və ABŞ ilə birgə istehsalı haqqında sənədlərdir. Bu, sərbəst ticarət haqqında sazişdir və əlbəttə ki, ən vacib sənəd ABŞ ilə təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli sənəddir", - o deyib.

A.Yermakın sözlərinə görə, artıq bu həftə Ukraynanın texniki nümayəndə heyəti bu sənədlərdən ikisi üzrə danışıqlar aparmaq üçün ABŞ-də olacaq. Bundan başqa, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rustam Umеrovla birgə ABŞ-yə səfərinin, həmçinin ölkənin Baş naziri Yuliya Sviridenkonun səfərinin anonsunu verib.
Daha əvvəl "Politico" qəzeti xəbər vermişdi ki, Ukrayna lideri Volodimir Zelenski ABŞ ilə Ukraynaya 90 milyard dollar dəyərində silah tədarükü, o cümlədən uzaq mənzilli silahlar haqqında meqasaziş bağlamaq istəyir

Poliqon.info

Chosen
12
1
poliqon.info

2Sources