EN

Tarif dəyişikliyi metro xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro sahəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir.

XQ xəbər verir ki, proqram üzrə yeni metro stansiyalarının inşası, mövcud infrastrukturun yenilənməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminatı sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.

Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir və müvafiq plana uyğun olaraq onların vaxtında tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, daha bir yeni stansiyanın 2026-cı ildə sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. 

Metropolitenin “28 May–Əhmədli” sahəsində 34 cüt qatarla hərəkət sxeminə keçidin nəticəsi olaraq, ilk dəfə pik saatlarda qatarların hərəkət intervalı 1 dəqiqə 45 saniyəyədək azaldılıb. Metronun vaqon parkı da mütəmadi olaraq yenilənir və son dövrdə alınmış 65 yeni vaqondan 35-i artıq xəttə buraxılıb. Dövlət Proqramına əsasən 299 yeni nəsil vaqonun da alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır. 

Paytaxtın sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətlərinin davamlılığını təmin etmək və dövlət proqramında qoyulan hədəflərə çatmaq üçün tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.

Bu istiqamətdə əsas hədəflər qatar parkının yenilənməsi, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və ekoloji baxımdan daha səmərəli nəqliyyat mühitinin yaradılmasıdır. Bakı Metropoliteni qarşıdakı illərdə bu hədəflərə çatmaq üçün fəaliyyətini davam etdirəcək, sərnişinlərə daha yüksək keyfiyyətli, müasir və təhlükəsiz xidmət göstərilməsi üçün bütün imkanlardan istifadə olunacaq. 

Tarif dəyişikliyi bu məqsədlərə nail olmaq, beynəlxalq standartlara cavab verən dayanıqlı və innovativ metro sistemi qurmaq istiqamətində atılmış vacib addımlardan biri kimi dəyərləndirilir.

XQ

Chosen
10
11
xalqqazeti.az

10Sources