EN

Rusiyanın Avropadakı “boz zonalar”ı: Putinin dostu “xilas strategiyası”nı ifşa etdi

Olke.az saytına istinadən ain.az xəbər verir.

Kremlin Avropanı silkələyib, xofa salan təhlükəli planının Rusiyanı xilas etməyərək, iflasa uğrayacağı iddia olunur… Ukrayna savaşında dönüş nöqtəsi artıq görünməyə başlayıb, Kreml “xilas ssenariləri” qursa da, ABŞ və Qərbin radikallaşması planları pozur…

Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Avropa məkanı üzərində Rusiyanın “naməlum dronları dolaşır. Bəzi iddialara görə, bu, Rusiyanın “xilas olmaq strategiyası”nın təzahürüdür. Belə hesab olunur ki, Kreml bütün mümkün imkanlarını Ukrayna savaşının qlobal konturları dəyişdirməyə yönəldib. Ona görə də, hazırda beynəlxalq gündəmi eyni vaxtda bir neçə paralel proses müəyyənləşdirir. “Qoca qitə”nin səmasında peyda olan “naməlum” rus dronlardan tutmuş, Ukraynaya ABŞ-ın uzaqmənzilli “Tomahawk” raketlərinin ötürülməsinin nəzərdən keçirilməsinə, Avropa Birliyinin Rusiya diplomatlarının hərəkətlərinə nəzarət planına qədər bütün bu proseslər eyni bir geopolitik məkanda kəsişir. Və Ukrayna savaşının inkişaf istiqamətlərinin dəyişdirilməsi, eləcə də, bu müharibənin yaratdığı yeni geopolitik balansın konturlarının təyin olunması prosesi davam edir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin Rusiya üçün hazırladığı “xilas strategiyası” üzrə Avropa məkanının səmasında “boz zona” əməliyyatları artıq intensiv xarakter daşıyır. Bəzi Qərb ekspertləri Kremlin “boz zona” əməliyyatlarını Rusiyanın NATO üzvü olan Avropa ölkələrinə qarşı yeni hərbi təzyiq mexanizmi hesab edirlər. Onların fikrincə, əslində, NATO ərazisi üzərində qeydə alınan belə hərbi insidentlər Rusiyanın kollektiv Qərbə qarşı apardığı hibrid müharibənin yeni mərhələsidir. Bu, nə açıq hərbi zərbə, nə də klassik kəşfiyyat əməliyyatı deyil. Ancaq “boz zona” əməliyyatlarının əsas məqsədi Avropa məkanında siyasi-ictimai xofu dərinləşdirmək və NATO-nun “təhlükəsizlik boşluğu” barədə ilkin təəssürat yaratmaqdan ibarətdir.

Eyni zamanda, Avropa Birliyi də Rusiyaya qarşı daha sərt və radikal addımlar atmağa hazırlaşır. Belə ki, Avropa Birliyi Rusiyaya qarşı 19-cu sanksiya paketi çərçivəsində yeni qaydalar hazırlayır. Həmin qaydalara görə, Avropa Birliyi məkanında ezamiyyətdə olan rus diplomatlar öz hərəkət trayektoriyaları barədə olduqları ölkələrin hüquq-mühafizə orqanlarına əvvəlcədən məlumat verməyə məcbur ediləcəklər. Bu mexanizm Avropa Birliyi dövlətlərinə zəruri hallarda rus diplomatların hərəkətinə ümumiyyətlə, qadağa qoymaq imkanı verəcək. Belə qayda Kremlin diplomatik nümayəndəliklər vasitəsilə kəşfiyyat fəaliyyətini məhdudlaşdırmaq niyyətinə xidmət edir. Qərb diplomatiyası uzun müddət “çox sərt addımlar”dan yayınsa da, indi Ukrayna savaşının uzanması və Rusiyanın diversifikasiyalı təsir cəhdləri Avropa Birliyini daha radikal yanaşmalara məcbur buraxır.

Maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski kollektiv Qərbi cəsarətləndirmək və daha qətiyyətli davranmaq çağırışları ilə diqqəti çəkir. Onun açıqlamasına görə, Kreml savaş meydanında Rusiyanın “uğurları” barədə Qərb liderlərinə yanlış informasiya ötürür. O, bildirib ki, Rusiya ordusu bəzi istiqamətlər üzrə böyük hücuma çalışsa da, Ukrayna ordusu bu cəhdləri dayandıraraq, əks-hücuma keçməyə nail olub. Ukrayna liderinin bu ritorikası qətiyyən təsadüfi deyil. Belə ki, o, Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinin məhz kollektiv Qərbin siyasi iradəsinə bağlı olduğunu anlayır. Və ona görə də, Qərbə daha çox ümidverici siqnallar ötürməyə çalışır.

Ancaq Ukrayna savaşının gələcək taleyini dəyişə biləcək ən önəmli proses isə hazırda məhz Ağ Evin divarları arasında gedir. Belə ki, indi Tramp administrasiyası Ukrayna ordusuna uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsini ciddi şəkildə müzakirə etməyə başlayıb. Ağ Ev sahibi Donald Tramp hətta prezident Volodimir Zelenskiyə ABŞ silahlarından Rusiyanın dərinliklərinə zərbə üçün qoyulmuş məhdudiyyətlərin ləğv olunduğunu bildirib. Ən önəmlisi isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq artıq Ağ Evin bu barədə qərarı artıq təsdiqlədiyini açıqlayıb. Və bu, Ukraynanın Rusiya dərinliklərinə daha sarsıdıcı zərbələr endirməsi üçün tamamilə yeni strateji imkanlar aça bilər.

“Financial Times”da yer alan yeni hərbi-strateji yanaşmaya görə isə “Rusiya artıq uduzub, çünki Kremlin əsas məqsədi - Ukrayna dövlətçiliyini məhv etmək niyyəti baş tutmadı”. Həmin yanaşmada vurğulanır ki, paytaxt Kiyevin, Xarkovun və Xersonun müdafiəsi, “Moskva” kreyserinin batırılması və Rusiya ordusunun minimal irəliləyişləri Ukraynanın müqavimət potensialını göstərir. Ancaq o da xüsusi olaraq, qeyd edilir ki, Ukrayna üçün indi əsas təhlükə məhz kollektiv Qərbin dəstəyinin zəifləməsidir. Və əgər, bu, baş verərsə, “mənəvi qələbə” savaş meydanındakı hərbi reallıqlarla üst-üstə düşməyə bilər.

Maraqlıdır ki, Kremldə və Rusiyanın müttəfiqləri arasında da kifayət qədər ciddi narahatlıqların olduğu müşahidə edilir. Belə ki, indi Rusiya və onun ətrafında “necə xilas olaq” sualı ciddi şəkildə müzakirə olunur. Belarus lideri Aleksandr Lukaşenko bu barədə danışarkən, “Rusiya prezidenti Vladimir Putinlə dünən bütün günü oturub, düşündük ki, necə xilas ola bilərik” deyib. Prezident Aleksandr Lukaşenkonun bu etirafı əslində, Rusiya-Belarus İttifaqının geopolitik təcrid vəziyyətini təsəvvür etməyə imkan verir. O, Qərbin təzyiqlərinin təsirini etiraf edir və faktiki olaraq, Belarusun Rusiya ilə birgə “yaşamaq instinkti” üzərində hərəkət etdiyini gizlətmir. Və bu, əslində, həm də Rusiyanın strateji təşəbbüsü itirdiyini də büruzə verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
4
olke.az

5Sources