EN

Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib

Azərbaycanın sambo yığmasının beş üzvü III MDB Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışlarda Abdullətif Musayev (53 kq), Rustəm Qasımzadə (58 kq), Nihad Rəhimov (64 kq), Rəsul Səmədli (+98 kq) və Əbubəkir Hüseynov (98 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinal mərhələsində məğlub olan Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medal qazanmağa çalışacaqlar.

Chosen
1
1
90deqiqe.az

3Sources