EN

III MDB Oyunları: Azərbaycanın sambo komandası yarışı 8 medalla başa vurub

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda səkkiz Azərbaycan idmançısı fəxri kürsüyə qalxıb.

Qızıl medalları Abdullətif Musayev (53 kq) və Nihad Rəhimov (64 kq) qazandılar. Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+98 kq) və Rüstəm Qasımzadə (58 kq) gümüş, Sadiq Nadirov (79 kq), Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
36
7
90deqiqe.az

10Sources