EN

Ramiz Quliyev xəstəxanaya yerləşdirildi

BAKI, 29 sentyabr. TELEQRAF

Atam xəstəxanaya yerləşirilib, həkim nəzarətindədir. Hazırda xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam edir.

Bunu Teleqraf-a Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.

Ə.Quliyev bildirib ki, atasının müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir: "Atamın müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Bir neçə gün əvvəl böyrək çatışmazlığı ilə əlaqədar olaraq kreatinin səviyyəsi yüksələrək vəziyyəti pisləşmişdi. Ailəmiz adından Heydər Əliyev Fonduna müraciət etdik və dərhal bizə cavab verildi. Prezidentin köməkçisi Anar Ələkbərov bizimlə əlaqə saxladı. Və atam sentyabrın 23-də Dövlət Gömrük Hospitalına yerləşdirildi. Həmin gün Prezidentin köməkçisi Anar Ələkbərov və mədəniyyət naziri Adil Kərimli atamı xəstəxanada ziyarət etdilər",-deyə Ə. Quliyev bildirib.

Chosen
15
1
teleqraf.com

2Sources