EN

“De Bruyne əvəzlənməyə görə səhv adama əsəbiləşib”

“Napoli”nin baş məşqçisi Antonio Konte Serie A-nın 5-ci turunda “Milan”la (1:2) oyunda əvəzlənən yarımmüdafiəçisi Kevin De Bruynenin reaksiyasını şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Napoli Zone" mütəxəssisin dediklərini belə çatdırıb.

“Ümid edirəm ki, onun məyusluğu yalnız nəticə ilə bağlıdır. Əgər məsələ əvəzlənməkdirsə, o, əsəbiləşməsi lazım olan səhv insana əsəbiləşib.”

Belçikalı yarımmüdafiəçi “San-Siro” stadionunda oyunu 72-ci dəqiqədə tərk edib. Onun yerinə hücumçu Elif Elmas daxil olub.

Qeyd edək ki, Bruyne oyunun 60-cı dəqiqəsində penalti zərbəsini dəqiq icra edərək hesab fərqini azaltmışdı.

34 yaşlı futbolçu bu yay “Mançester Siti”dən “Napoli”yə azad agent kimi transfer olunub. Transfermarkt portalına görə, onun hazırkı bazar qiyməti 20 milyon avrodur.

Chosen
109
90deqiqe.az

1Sources