EN

Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında ikincidir

GƏNCƏ, 29 sentyabr. TELEQRAF

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında 2-ci pillədə qərarlaşıb.

Teleqraf xəbər verir ki, hazırda təmsilçilərimizin aktivində 5 qızıl, 17 gümüş və 16 bürünc medal var.

Qızıl medalları taekvondoçular Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq), Məryəm Məmmədova (53 kq) və samboçular Abdullətif Musayevlə (53 kq) Nihad Rəhimov (64 kq) qazanıb.

Gümüş medalı üzgüçülər Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmədə və 200 metr sərbəst üsulla üzmədə), Oqtay Hüseynov (200 metr məsafəyə kəpənək üsulla üzmədə) və Mehri Əbdürrəhmanlı (200 metr məsafəyə kəpənək üsulla üzmədə), stend atıcılığından Nərmin Cəfərova ilə Mürtəza Novruzlu, taekvondoçular Elcan Əliyevlə (74 kq) Ümid Rəhimzadə (54 kq), samboçular Rüstəm Qasımzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (98 kq), stolüstü tennisçilərdən üç komandamız, eləcə də fərdi yarışmada Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova əldə ediblər.

Bürünc medalları isə üzgüçülər Mehri Əbdürrəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitskiy (200 metr məsafəyə fərdi qarışıq) və Anastasiya Qnussina (200 metr məsafəyə kəpənək üsulu ilə üzmə), stend atıcılığında Cavid Həsənov/Cəmilə Paşayeva cütü, stolüste tennisdə iki komanda, eləcə də fərdi yarışda Yağmur Məmmədli, taekvondoçular Allahverdi Məmmədov (87 kq), Zeynal Əliyev (87 kq), Səlimə Quliyeva (46 kq), Tamerlan Yaqubov (54 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) və samboçular Mikayıl Əmirov (71 kq), Sadiq Nadirov (79 kq) və Xəzər Əmrahlı (88 kq) qazanıblar.

Siyahıya Rusiya (34 qızıl, 8 gümüş, 7 bürünc) başçılıq edir. Belarus (4 qızıl, 13 gümüş, 15 bürünc) üçüncü, Özbəkistan isə (3 qızıl, 3 gümüş, 14 bürünc) dördüncüdür.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Chosen
42
7
teleqraf.com

8Sources