Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.
Nazir Ceyhun Bayramov, Murat Nurtleuya gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.