Sentyabrın 29-da Medianın İnkişafı Agentliyində II Azərbaycan–Özbəkistan Media Forumunda iştirak edən Özbəkistan nümayəndə heyəti ilə görüş baş tutub.
Doğru.az xəbər verir ki, Agentliyin icraçı direktoru Əhməd İsmayılov iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrasından danışıb. O bildirib ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələr və peşəkar kadrların inkişafı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Özbəkistan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov isə media sahəsində əməkdaşlığın strateji tərəfdaşlıq münasibətlərinə mühüm töhfə verdiyini vurğulayıb. O, ənənəvi media forumlarının yeni imkanların müəyyənləşdirilməsi və gələcək hədəflərin planlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
DOĞRU.AZ