EN

Putin Türkiyə ilə sazişin protokollarını ratifikasiya etdi KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə ixrac kreditinin verilməsinə dair sazişin protokollarını ratifikasiya edən sənədi imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Protokollar Türkiyənin Rusiya qarşısında ödəmə öhdəliklərini yerinə yetirməsi çərçivəsində dollar ödənişləri ilə bağlı çətinliklərin aradan qaldırılmasına yönəlib.

Rusiya maliyyə nazirinin müavini Vladimir Kolıçev bildirib ki, Türkiyə 2024-cü ildə vaxtı keçmiş kredit öhdəliklərini yerinə yetirməlidir.

Bu günlərdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə, Rusiya və Çin arasında mümkün ittifaqdan danışıb. O hesab edir ki, İsrail Türkiyənin təhlükəsizliyinə və regional sabitliyinə birbaşa təhdiddir, ona görə də bütün mümkün ssenarilər diqqətlə nəzərdən keçirilməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional təhlükələri neytrallaşdırmaq üçün Türkiyə, Rusiya və Çin arasında mümkün müttəfiqlik təşəbbüsü ilə “tam tanış olmadığını” bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
2
konkret.az

3Sources