EN

Bu ölkədə panika: Qoşunlar təcili səfərbər edildi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Danimarka Silahlı Qüvvələri ərazidə naməlum pilotsuz uçuş aparatlarının (PUA) müşahidə olunması ilə bağlı xəbərlərdən sonra təcili addımlar atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin “TV2” telekanalının məlumatında qeyd olunub. Bildirilir ki, bu məqsədlə bir neçə yüz ehtiyat əsgər səfərbər olunub.

Məlumata əsasən, çağırış vərəqələri ehtiyatda olan hərbçilərə Danimarka torpaqlarında mümkün dislokasiyaya hazırlıq məqsədilə göndərilib. Onlara qısa müddətdə öz bölmələrinə hesabat vermək əmri verilib.

Hadisə Avropada artan təhlükəsizlik narahatlıqları fonunda baş verir. Daha əvvəl Almaniya və digər NATO ölkələri alyans sərhədləri yaxınlığında hərbi təyyarələr və PUA-larla bağlı insidentlərin çoxalması səbəbindən müdafiə tədbirlərini gücləndirməyi müzakirə etmişdilər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
globalinfo.az

1Sources