EN

Madaqaskarda etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb

Madaqaskarda su və elektrik enerjisinin kəsilməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı azı 22 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

"Ən azı 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Qurbanlar arasında etirazçılar və yoldan keçənlər vətəndaşlar var ki, onları təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürüb. Həmçinin etirazçılarla əlaqəsi olmayan ayrı-ayrı şəxslər və dəstələr tərəfindən törədilən genişmiqyaslı zorakılıq və talan nəticəsində həlak olanlar da var", - məlumatda deyilir.
Chosen
3
6
sherg.az

7Sources