Madaqaskar Prezidenti Andri Radzuelina ölkədəki etirazlar fonunda hökumətin buraxıldığını elan edib. O, üç gündən sonra yeni baş nazir təyin etməyi planlaşdırır.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Mən ölkədə idarəetmə sistemini hərtərəfli nəzərdən keçirəcəyəm və islahatlar aparacağam", - dövlət başçısı xalqa müraciətində bildirib.
Qeyd olunur ki, bu qərar sentyabrın 25-də baş verən və bu günə qədər davam edən elektrik enerjisi və su təchizatında yerli sakinlərin kütləvi etirazlarından sonra verilib. Etirazlar iğtişaşlarla nəticələnib, 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.