EN

ABŞ Azərbaycanla bağlı xoş xəbər açıqladı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycan və Ermənistanı birləşdirən “Tramp marşrutu” Rusiyadan yan keçməklə Azərbaycan qazının Avropaya çatdırılmasını sürətləndirə bilər və bu da ölkə üçün mühüm prespektiv qazandırar.

Globalinfo.az-ın xəbərinə görə, bunu ABŞ-ın Energetika Naziri Kris Rayt bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının hasil olunaraq dünya bazarlarına çıxarılması həm regional əməkdaşlıq, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rayt əlavə edib ki, həm ABŞ, həm də Azərbaycan tarixən dünyanın ilk neft və qaz hasilatçılarından olub və bu əməkdaşlıq layihəsi regionun enerji sektorunun inkişafına yeni imkanlar aça bilər.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
2
globalinfo.az

3Sources