EN

Rafael Qrossi Zaporojye AES-də vəziyyəti kritik adlandırıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Varşava Təhlükəsizlik Forumunda Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə Zaporojye Atom Elektrik Stansiyasındakı (ZNES) vəziyyəti müzakirə edib.

Operativ Media xəbər verir ki, Qrossi sosial şəbəkədə yazıb: "Artıq 6 gündür ki, enerjisiz qalan Zaporojye AES-də yaranmış kritik vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. BAEA nüvə təhlükəsizliyini təmin etmək üçün enerjini bərpa etməyə çalışır".

Avropa tənzimləyiciləri tərəfindən aparılan stress testləri Atom Elektrik Stansiyasının 72 saat (üç gün) xarici enerji olmadan işləməyə qadir olduğunu göstərir. Zaporojye AES-də son elektrik xəttinin dayandırılması soyutma sistemlərinin sıradan çıxması riski yaradır və bu, Fukusima Daiiçi AES-də baş verən qəzaya bənzər qəzaya səbəb ola bilər.

Chosen
7
3
operativmedia.az

5Sources