EN

“Mövsümün əvvəlində tempimiz məni məyus etdi, amma..."

“Ferrari”nin pilotu Şarl Lekler SF-25 maşınının sürəti ilə bağlı yaşadığı məyusluğu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" 27 yaşlı pilotçunun dediklərini belə çatdırıb.

“Ferrari"yə sevgim təbii ki, mövsümün əvvəlində yaşadığım məyusluğu aradan qaldırmır. İlk yarışlarda tempimizi görüb ‘Maklaren’den nə qədər geri olduğumuzu anlayanda ruhdan düşdüm. Amma sonra özünü yenidən motivasiya edirsən, başqa hədəflərdə və vəzifələrdə motivasiyanı tapırsan. Ümid edirik ki, bu il qələbələr qazanmaq mümkün olacaq.

Bu, istədiyimiz nəticə deyil, amma mövcud vəziyyətdir və mən sürücü kimi bu vəziyyətdən maksimum yararlanmalıyam — həm komanda, həm də özüm üçün. Komanda daxilində sağlam rəqabət var, bu da mənim motivasiyamı artırır və inkişaf etməyə sövq edir. Buna görə çox motivasiyalıyam, amma dediyim kimi, mövsümün əvvəlində məyusluq yaşadım.”

Chosen
76
90deqiqe.az

1Sources