EN

“Barselona”da yeni müqavilə - 2029-cu ilin yayına kimi

“Barselona”da yeni müqavilə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, La Liqa klubu Mark Bernalın sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Mark Bernal “Barselona”nın yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Chosen
8
sportinfo.az

1Sources