EN

“Günahların hamısını baş məşqçinin üzərinə atmaq ən asan yoldur"

İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə “Brentford”a 1:3 hesabı ilə uduzan “Mançester Yunayted”də müdafiəçi Matteys de Liqt baş məşqçi Ruben Amorimi müdafiə edib.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu günahların hamısını baş məşqçinin üzərinə atmağın ən asan yol olduğunu deyib:

“Günahların hamısını baş məşqçinin üzərinə atmaq ən asan yoldur. Amma meydanda hər şeyi sübut etməli olan futbolçulardır”.

“Qırmızı şeytanlar” 6 turdan sonra 7 xal toplayaraq, Premyer Liqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Amorimin komandası növbəti turda “Old Trafford”da “Sanderlend”i qəbul edəcək.

Chosen
8
sportinfo.az

1Sources