EN

Tramp və Netanyahu Qəzza planını elan etdi: Nələr daxildir?

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu Ağ Evdə mətbuat konfransı keçirərək Qəzza zolağında müharibəyə son qoymaq planını elan ediblər.

Axar.az xəbər verir ki, konkret olaraq, Ağ Ev rəhbəri İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün 20 bəndlik plan təklif edib. Bu plana daxildir:

Qəzza beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə veriləcək. Vəziyyəti sabitləşdirmək üçün beynəlxalq qüvvələr də yerləşdiriləcək.

Qəzzalıların məcburi köçkünləri olmayacaq. "Heç kəs Qəzzanı tərk etməyə məcbur edilməyəcək, lakin tərk etmək istəyənlər bunu edib geri qayıda biləcəklər", - Tramp əlavə edib.

HƏMAS Qəzzanı idarə etməkdən uzaqlaşdırılacaq. Əgər onun üzvləri silahlarını könüllü şəkildə yerə qoymağa hazırdırlarsa, onlara amnistiya vəd ediləcək.

İsrail bu razılaşmanı rəsmi olaraq qəbul etdikdən sonra 72 saat ərzində diri və ya ölü bütün girovlar azad edilməlidir.

İsrail 2023-cü il oktyabrın 7-dən sonra ömürlük həbs cəzasına məhkum edilmiş 250 və həbs edilən 1700 qəzzalını azad edəcək.

"Biz Qəzzanı İdarəetmə Şurası yaradırıq. Onun tərkibinə bir çox hörmətli insanlar daxil olacaq. Mən də Toni Bleyr kimi orada olacağam. Biz Dünya Bankı və digər qurumlarla işləyəcəyik. HƏMAS-ın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq", - ABŞ prezidenti qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
axar.az

10Sources