EN

Renat sabiq komandasına qarşı oynadı

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.

QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 10-cu turda çərçivəsində "Radomiyak"ı qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. 

Dadaşov da sabiq komandası ilə görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan millimizin forvardı 77-ci dəqiqədə - hesab 1:1 olarkən Karol Czubakın əvəzinə meydana çıxıb. Bundan 2 dəqiqə sonra Renatın komandası hesabda önə keçsə də, "Radomiyak" 87-ci dəqiqədə məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, bu heç-heçədən sonra xallarının sayını 11-ə çatdıran "Motor" 10-cu pillədə qərarlaşıb.

Chosen
34
1
teleqraf.com

2Sources