EN

Qətərin baş naziri Trampa söz verdi: Razı salacağıq

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ABŞ Prezidenti Donald Trampı əmin edib ki, HƏMAS-ı Qəzzada ABŞ-ın atəşkəs planını qəbul etməyə razı sala bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News Arabia” ABŞ administrasiyasının mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Əl Tani bildirib ki, İsrailin Dohaya son zərbəsinə baxmayaraq, Qəzzadakı münaqişəyə son qoymaq üçün ABŞ-la əməkdaşlığa hazırdır.

Qeyd edək ki, sentyabrın 29-da Tramp Qətər hökumətinin başçısı və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışıqları olub.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
globalinfo.az

1Sources