Misli Premyer Liqasının VI turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən oyun “Qəbələ"nin futbolçusu Qədir Ramazanov üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, “Qəbələ” akademiyasının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.
Bununla da, cari mövsüm "Qəbələ"nin heyətində elitada debüt edən futbolçuların sayı 5-ə çatıb. Qədir Ramazanova qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov da Premyer Liqada ilk oyunlarını keçiriblər.
Xatırladaq ki, "Qarabağ"a qarşı keçirilən matç "Qəbələ"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.