EN

Partiya sədri Prezident Administrasiyasının şöbə müdiri ilə nəyi müzaakirə edib?




Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşüb.

Bu barədə Newscenter.az-a məlumat verən Elşad Musayev deyib ki, Ədalət Vəliyev onu 27 sentyabr 2025-ci il tarixli qurultayında yenidən Böyük Azərbaycan Partiyasının sədri seçilməyi münasibətilə təbrik edib:

"Görüş zamanı ölkəmizdə yaşanan siyasi dialoq mühiti, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, çoxpartiyalı siyasi sistemin təkmilləşdirilməsinə dair dövlət dəstəyi, habelə həmrəylik mühitinin qorunmasının zərurəti haqqında geniş fikir mübadiləsi aparıldı".

Elşad Musayev onu da qeyd edib ki, sözhbət zamanı eyni zamanda, sonuncu qurultaydan sonra rəhbərlik etdiyi partiyanın qarşısında dayanan strateji vəzifələrdən bəhs edib, sağlam və konstruktiv siyasi dialoq mühitinin bundan sonra da qorunması üçün BAP tərəfindən bütün lazımi işlərin görüləcəyini vurğulayıb.

Süleyman
Chosen
46
1
newscenter.az

2Sources