Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ-yə idxal edilən taxta və bəziağac məhsullarına gömrük rüsumlarının tətbiq edilməsi barədəgöstəriş verib.
Trend-in məlumatına görə, bu barədə Ağ Ev tərəfindən dərc olunansənədlərdə qeyd olunub.
Məlumata əsasən, ağac tədarükünə, o cümlədən iynəyarpaqlıağaclara malların dəyərinə mütənasib olaraq 10 faiz rüsum tətbiqediləcək.
Bildirilib ki, bəzi mebel növlərinə, o cümlədən mətbəx mebelinə25 faiz rüsumlar tətbiq olunacaq. Yeni tədbirlər oktyabrın 14-dənqüvvəyə minir. Rüsumlar 2026-cı il yanvarın 1-dən sonra artırılabilər.