EN

Maduro müharibə halı üçün səlahiyyətlərini genişləndirib

Venesuela prezidenti ABŞ-ın mümkün hücumuna qarşı yeni fərman imzalayıb…

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro müharibə halında əlavə səlahiyyətlərlə təmin olunmasına dair fərman imzalayıb. Bu barədə ölkənin vitse-prezidenti Delsi Rodrigez açıqlama verib.

Rodrigezin sözlərinə görə, sənəd yalnız ABŞ-ın Venesuelaya qarşı “aqressiya göstərməsi” halında qüvvəyə minəcək. “Fərman respublikamızın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və həyati strateji maraqlarını qorumağa yönəlib”, – deyə o, dövlət televiziyası VTV-də çıxışı zamanı bildirib.

Sənədə əsasən, müharibə vəziyyəti elan olunacağı halda Maduro silahlı qüvvələri tam səfərbər edə, vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıra, eləcə də qanunları qismən və ya tam şəkildə dəyişdirə biləcək.

Gərginlik ABŞ və Venesuela arasında son həftələr daha da artıb. Sentyabrın 16-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ silahlı qüvvələri Venesueladan narkotik daşıyan gəmiyə zərbə endirib. NBC News-un məlumatına görə, yaxın həftələrdə ABŞ Venesuela ərazisindəki narkokartellərə məxsus obyektlərə də zərbələr endirməyə başlayacaq.

Maduro isə Vaşinqtonu ölkədə “marionet rejim” qurmaqda, həmçinin Venesuelanın “dünyanın ən böyük neft, qaz və qızıl ehtiyatlarını ələ keçirməkdə” ittiham edib.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources