EN

ABŞ Afrikada Rusiyaya qarşı hərəkətə keçdi - Danışıqlar aparılır

Rusiyanın Afrikadakı mövqeləri xeyli zəifləyib və Moskva qitədə təsirini saxlamaq uğrunda mübarizə aparır.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı”nın materialında qeyd olunur.

Müəlliflər yazırlar ki, Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan və “Vaqner” qrupunu əvəzləmək üçün yaradılmış “Afrika korpusu” əvvəlkilərin maliyyə və siyasi uğurunu təkrarlaya bilməyib.

“Vaşinqton rusiyalıları ikinci plana keçirmək və Qərbi Afrikadakı təhlükəsizlik məsələlərinə qayıtmaq niyyətindədir”, - nəşr qeyd edib.

Qəzetin məlumatına əsasən, ABŞ-ın nəzərdən keçirdiyi planlardan biri ondan ibarətdir ki, üçüncü ölkələr, xüsusilə Mərakeş yerli orduları ekstremistlərə qarşı mübarizə aparmaq üçün hazırlasın.

Eyni zamanda mənbələr jurnalistlərə bildiriblər ki, tanınmış amerikalı müdafiə podratçısı Erik Prins Afrika hökumətləri ilə mühafizə xidmətlərinin göstərilməsi barədə danışıqlar aparır.

Chosen
11
1
axar.az

2Sources