EN

ÇL: Qalatasaray Liverpul a qarşı, Real Madrid Qazaxıstan səfərində

ain.az, Fanat saytına istinadən bildirir.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tur start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq. 

"Real Madrid" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Türkiyə çempionu "Qalatasaray" doğma azarkeşləri önündə İngiltərə nəhəngi "Liverpul"la üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" növbəti sınağına sabah çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i qonaq edəcək. Matç saat 20:45-də başlayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

30 sentyabr

20.45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika)

20.45. "Kayrat" (Qazaxıstan) - "Real Madrid" (İspaniya)

23.00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

23.00. "Atletiko Madrid" (İspaniya) - "Ayntraxt" (Almaniya)

23.00. "Budyo-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)

23.00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya)

23.00. "İnter" (İtaliya) - "Slaviya" (Çexiya)

23.00. "Olimpik Marsel" (Frans) - "Ayaks" (Niderland)

23.00. "Pafos" (Kipr) - "Bayern Münhen" (Almaniya)

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
29
fanat.az

10Sources